×
A
A
A
Sazlamalar

Ağsuda koronavirus pandemiyası təhlükəsinə qarşı tədbirlər görülür VİDEO

Ağsu, 28 oktyabr, AZƏRTAC

Ağsuda koronavirus pandemiyası təhlükəsinə qarşı tibbi-profilaktik və dezinfeksiya işləri aparılıb.
Rayon Gigiyena və Epidemiologiya Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, təkcə oktyabrın 28-də Ağsu şəhərindəki 5 ictimai yaşayış binasının dəhlizləri, həyəti və ətrafı, 2 park, əsas küçələr, o cümlədən Heydər Əliyev, M.Ə.Rəsulzadə, Üzeyir Hacıbəyli, Babək küçələri, bir sıra idarə və təşkilatların binaları, ictimai iaşə müəssisələri və ticarət obyektləri dezinfeksiyaedici məhlulla yuyulub. Bu işlərə 15 nəfər və hər biri 15 tonluq 3 ədəd maşın cəlb olunub.

Regionlar 2020-10-28 14:57:00

Video