×
A
A
A
Sazlamalar

Gürcüstanda 1678 tibb işçisi koronavirusa yoluxub

Tbilisi, 28 oktyabr, AZƏRTAC

Gürcüstanda 1678 həkim və tibb işçisi koronavirusa yoluxub. Bu da ümumi yoluxanların 5,2 faizini təşkil edir.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın İctimai Sağlamlıq və Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze məlumat verib.
Onun sözlərinə görə, sentyabrın 1-ci həftəsində ölkədə 140 tibb işçisinin koronavirusa yoluxduğu halda bu gün onların sayı 1678-ə çatıb.
Mərkəz rəhbəri deyib ki, tibb işçiləri təkcə xəstəxanalarda yoluxmayıblar, onların bəziləri başqa mühitdə və fərqli yerlədə koronavirusa yoluxublar.
“Koronavirusdan ölən tibb işçilərinin sayında da artım qeydə alınıb”,- deyə, Qamkrelidze vurğulayıb.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi 

Dünya 2020-10-28 14:44:00