“Baktelecom” mətbuat işçilərinin yaşayış binasını optik şəbəkə ilə təchiz edib
Bakı, 28 oktyabr, AZƏRTAC
“Bakı Telefon Rabitəsi” MMC (“Baktelecom”) mətbuat işçilərinin yaşayış binasını müasir standartlara cavab verən optik şəbəkə ilə təchiz edib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, “Baktelecom” bu işləri ölkədə elan olunmuş hərbi vəziyyət və xüsusi karantin rejimi ilə əlaqədar kütləvi informasiya vasitələri (KİV) nümayəndələrinin sürətli internet şəbəkəsinə çıxışını təmin etmək məqsədilə “Evədək optika” layihəsi çərçivəsində həyata keçirib.
Mətbuat işçilərinin 170 mənzillik yaşayış binasında optik infrastrukturun qurulması işləri artıq tam başa çatdırılıb. Sakinlərin bir optik xətt üzərindən multimedia xidmətləri ilə operativ təmin edilməsinə imkan yaradılıb, onlara internet avadanlıqları hədiyyə edilib.
Nazirlik Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları və düşmənin təxribatları barədə əhalinin KİV nümayəndələri tərəfindən məlumatlandırılmasını yüksək qiymətləndirir, media mənsublarına peşə fəaliyyətlərində uğurlar arzu edir.
Qeyd edək ki, Prezidentin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” müvafiq Sərəncamı ilə tikilmiş və jurnalistlərin istifadəsində olan digər binada da bundan öncə “Baktelecom” tərəfindən genişzolaqlı optik şəbəkə qurulub.
“Azərkosmos” gələn il fevralda keçiriləcək “Beynəlxalq Kosmik Konvensiya 2024”də iştirak edəcək
Ölkənin informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair Strategiyası təsdiq olunub - SƏRƏNCAM
Azərbaycan “Digitalisation and Channel Awards 2023” mükafatlandırılma mərasimində təmsil olunacaq
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb