×
A
A
A
Sazlamalar

“Arif Məlikov: tarix və müasirlik” kitabı çap olunub

Bakı, 28 oktyabr, AZƏRTAC

Mədəniyyət Nazirliyinin sifarişi əsasında sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən Baxşiyeva-İbrahimovanın “Arif Məlikov: tarix və müasirlik” kitabı çapdan çıxıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, kitabda görkəmli bəstəkar, SSRİ Xalq artisti, akademik Arif Məlikovun yaradıcılığında xüsusi yer tutan kamera-instrumental və kamera-vokal əsərlərinin sistemli təhlili aparılıb. Nəşrdə həmçinin bəstəkarın həyat və yaradıcılığına həsr olunmuş məqalələr və onunla bağlı xatirələr də yer alıb.
Professional musiqiçilər və geniş oxucu kütləsinə ünvanlanan kitab “Şərq-Qərb nəşriyyatında işıq üzü görüb.
Kitab Mədəniyyət Nazirliyinin tabeliyində olan müvafiq qurumlara və kütləvi kitabxanalara paylanılacaq.

Mədəniyyət 2020-10-28 14:21:00