×
A
A
A
Sazlamalar

Rusiyada bir gündə koronavirus infeksiyasından 346 nəfər həyatını itirib

Moskva, 28 oktyabr, AZƏRTAC

Rusiyada bir gündə 16 202 nəfər koronavirus infeksiyasına yoluxub.
AZƏRTAC xəbər verir ki, ölkədə COVID-19 xəstələrinin ümumi sayı 1 563 976 nəfərə çatıb.
Bir gündə Rusiyada 12 361 nəfər sağalıb, 346 nəfər həyatını itirib. Ümumilikdə, ölkədə indiyədək koronavirusdan 1 171 301 xəstə sağalıb, 26 935 nəfər ölüb. Hazırda ölkədə 365 740 aktiv xəstə var.
Ən çox yoluxma halı (3670) Moskvada qeydə alınıb.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva 

Dünya 2020-10-28 13:30:00