Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Naxçıvan: informasiya və rabitə xidmətlərinin dəyəri 42 milyon manatı ötüb

Naxçıvan, 28 oktyabr, AZƏRTAC

Bu ilin yanvar-sentyabr aylarında muxtar respublikada informasiya və rabitə xidmətlərinin dəyəri 2019-cu ilin müvafiq dövründəki göstəricini 4,6 faiz üstələyərək 42 milyon 694 min 100 manat olub.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ümumi xidmətlərin 79,4 faizi mobil rabitənin payına düşüb, mobil rabitə xidmətlərinin dəyəri 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz artıb.
Culfa rayonunda Yeni Nəsil Telekommunikasiya Sistemi istifadəyə verilib, Ordubad rayonunda Dəstə Radio-Televiziya Ötürücü Stansiyası üçün binanın tikintisi, Culfa rayonunda Rabitə evinin yenidən qurulması başa çatdırılıb, Sədərək rayonunda Radio-Televiziya Ötürücü Stansiyası üçün binanın, Kəngərli rayonunda Rabitə evinin tikintisi davam etdirilir. Bu dövr ərzində 1 rayon poçt filialı və 5 poçt bölməsi yeni bina ilə təmin olunub, 1 avtomat telefon stansiyası quraşdırılıb. Bundan əlavə, Naxçıvan şəhərində “Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyəti yeni bina ilə təmin edilib.

Regionlar 2020-10-28 13:01:00