×
A
A
A
Sazlamalar

UNEC-in müəllimlərinin məqaləsi Fransanın Müdafiə Nazirliyinin xəbər bülleteninə daxil edilib

Bakı, 28 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) gənc müəllimlərinin analitik məqaləsi Fransanın Müdafiə Nazirliyinin xəbər bülleteninə daxil edilib.
AZƏRTAC xəbər verir ki, UNEC-in Beynəlxalq iqtisadiyyat kafedrasının müəllimi Turan Süleymanov və İqtisadiyyat və biznesin idarəedilməsi kafedrasının müəllimi Bəhruz Babayevin Türkiyənin Azərbaycanın sadiq tərəfdaşı olmasına dair birgə məqaləsi sentyabr ayında seçilərək Fransanın Müdafiə Nazirliyinin 2020-13 saylı xəbər bülleteninə daxil edilib. Məqalədə Azərbaycan-Türkiyə arasında iqtisadi və geosiyasi əlaqələr təhlil edilərək, strateji-iqtisadi əməkdaşlığın əhəmiyyəti vurğulanır.
Xatırladaq ki, bu məqalə sentyabrın 25-də Mərkəzi Asiya-Qafqaz İnstitutu və İpək Yolu Tədqiqatlar Proqramının birgə nəşri olan “The Turkey Analyst”də dərc edilib.

Elm və təhsil 2020-10-28 12:51:00