×
A
A
A
Sazlamalar

Zərdabda koronavirus pandemiyası təhlükəsi ilə əlaqədar dezinfeksiya işləri aparılır

Zərdab, 28 oktyabr, AZƏRTAC

Koronavirus pandemiyasının Zərdab rayonu ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıq və tövsiyələrinə uyğun olaraq dezinfeksiya işləri aparılır.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hazırda Zərdab şəhərinin küçə və prospektləri, parklar, idarə və müəssisələrin binaları, çoxmənzilli yaşayış evlərinin giriş və çıxışları, həyətləri rayon Gigiyena və Epidemiologiya Mərkəzinin işçiləri və xüsusi ayrılmış avtomobillər vasitəsilə dezinfeksiyaedici məhlullarla yuyulur.

Regionlar 2020-10-28 12:13:00