×
A
A
A
Sazlamalar

Tərtər rayonunun ərazisi Ermənistan ordusu tərəfindən raket atəşinə məruz qalıb

Bakı, 28 oktyabr, AZƏRTAC 

Humanitar atəşkəs rejimini pozan Ermənistan silahlı qüvvələri dinc sakinlərimizi və mülki obyektləri raket atəşinə tutmaqda davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oktyabrın 28-də saat 10:15-də düşmən “Smerç” yaylım atəşli reaktiv sistemindən Tərtər şəhərini və rayonunun ərazisini atəşə tutub.
Xəsarət alanlar yoxdur.

 

Ordu 2020-10-28 12:12:00