Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Naxçıvanda müasir nəqliyyat sisteminin qurulması istiqamətində ardıcıl tədbirlər görülür

Naxçıvan, 28 oktyabr, AZƏRTAC

Bu ilin yanvar-sentyabr aylarında muxtar respublikada nəqliyyat sektorunda 12 milyon 272 min ton yük, 77 milyon 538 min 100 sərnişin daşınıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, artan əhali tələbatına uyğun olaraq muxtar respublikada müasir nəqliyyat sisteminin qurulması, nəqliyyat sektorunun səmərəli idarə olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
2020-ci ilin yanvar-sentyabr aylarında Şərur rayonunda Qarxun-Muğancıq-Mehrab-Məmmədsabir, Ordubad rayonunda Xanağa-Ağrı-Dizə-Vənənd kənd və Darkənd, Babək rayonunun Nəcəfəlidizə, Culfa rayonunun Camaldın kəndlərində və Culfa şəhərində avtomobil yollarının yenidən qurulması başa çatdırılıb.
Naxçıvan şəhərində avtomobil yolunun, Culfa-Ordubad magistral avtomobil yolunun, Şərur rayonunda Xanlıqlar-Şərur şəhəri-Yengicə-Şəhriyar-Kürçülü-Kərimbəyli-Dəmirçi kənd avtomobil yolunun, Şərur şəhərinə giriş, Qaraburc, Təzəkənd və Şəhriyar, Ordubad rayonunun Nüsnüs və Yuxarı Əndəmic kəndlərində avtomobil yollarının, Şərur şəhərində yeraltı piyada keçidinin yenidən qurulması davam etdirilir.
Naxçıvan Beynəlxalq Hava Limanında uçuş-enmə zolağının yenidən qurulması başa çatdırılıb, Naxçıvan şəhərində 400 yerlik avtomobil parkının tikintisi davam etdirilir.
“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin Naxçıvan stansiyasında alçaq sərnişin platformasının yenidən qurulması başa çatdırılıb, polis şöbəsi üçün inzibati binanın tikintisi, dartı yarımstansiyası binasının, Şərur rayonunda Elektrik Təmas Şəbəkəsi binasının, Dövriyyə Deposunun inzibati binasının və təmir sexinin, Babək rayonunda Təhlükəsizlik Komandası binasının yenidən qurulması davam etdirilir.
Culfa stansiyasında İstismar Vaqon Deposunun təmir sexinin tikintisi, inzibati binasının yenidən qurulması, Park İdarəetmə Mərkəzinin əsaslı təmiri davam etdirilir.
Əhaliyə göstərilən nəqliyyat xidmətlərinin səviyyəsinin yüksəldilməsi məqsədilə cari ilin ötən dövründə Naxçıvan şəhərində marşrutlara 6 yeni avtobus buraxılıb, 10 nömrəli marşrut xətti istifadəyə verilib, 6 nömrəli marşrut xəttinin hərəkət istiqaməti Babək şəhərinədək müəyyənləşdirilib.
Cari ilin ötən dövründə əhaliyə göstərilən taksi xidmətinin səviyyəsinin yüksəldilməsi, eləcə də operativ və keyfiyyətli fəaliyyətinin təmin edilməsi məqsədilə elektron taksi xidməti yaradılıb.

Regionlar 2020-10-28 12:06:00