Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Muxtar respublikadan doqquz ayda 87 milyon dolları dəyərində kənd təsərrüfatı məhsulları ixrac olunub

Naxçıvan, 28 oktyabr, AZƏRTAC

Muxtar respublikada həyata keçirilən tədbirlərin nəticəsi olaraq 2020-ci ilin yanvar-sentyabr aylarında bir il öncəyə nisbətən 3,7 faiz çox, yəni 391 milyon 80 min 200 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, etibarlı ərzaq təminatı sisteminin yaradılması ixrac potensialını artırıb, 2020-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikadan 86 milyon 999 min 800 ABŞ dolları dəyərində kənd təsərrüfatı, o cümlədən meyvə və tərəvəz məhsulları ixrac olunub.

 

Kənd təsərrüfatı 2020-10-28 11:36:00