×
A
A
A
Sazlamalar

İran parlamentinin sədri koronavirusa yoluxub

Tehran, 28 oktyabr, AZƏRTAC

İran İslam Şurası Məclisinin sədri Məhəmməd Bağır Qalibaf koronavirusa yoluxub.
AZƏRTAC İran yerli mətbuata istinadla xəbər verir ki, bu barədə spiker İSNA xəbər agentliyinə bildirib. M.B.Qalibaf deyib ki, parlamentin aparatında əməkdaşların biri virusa yoluxub və digərlərini də bilmədən yoluxdurub.
Spiker bildirib ki, test verib və nəticədə onun da virusa yoluxduğu aşkar edilib. Hazırda karantin rejimində olan spiker videokonfrans vasitəsilə vəzifəsini icra edir.


Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

Dünya 2020-10-28 10:37:00