Niderlandda yaşayan azərbaycanlı gənclər Ermənistanın hərbi təcavüzünə etiraz olaraq aksiya keçiriblər
Bakı, 28 oktyabr, AZƏRTAC
Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzünə etiraz olaraq, artıq bir həftədir ki, Niderlandda yaşayan azərbaycanlı gənclər və tələbələr Haaqa şəhərində yerləşən Niderland Parlamenti önündə etiraz aksiyası keçirirlər.
Azərbaycanın Niderland Krallığındakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, etiraz aksiyasında gənclər Azərbaycan həqiqətlərini Niderland ictimaiyyətinə çatdıraraq, Ermənistanın münaqişədən uzaq yerləşən Azərbaycan şəhərlərinə və orada yaşayan mülki şəxslərə qarşı törətdiyi hərbi təxribatlar və çoxsaylı qətl və dağıntılar barədə məlumat veriblər. Eyni zamanda, erməni hərbi qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin olduğunu bildiriblər. Hazırkı əməliyyatların Azərbaycanın beynəlxalq tanınmış ərazisi daxilində getməsi ilə bağlı niderlandlıları məlumatlandırıblar.
Şarl Mişel: Azərbaycanla Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayırıq
“Qazaxın 4 kəndinin danışıqlar yolu ilə azad edilməsi böyük həqiqətin növbəti təzahürüdür” - RƏY
İsveçin xarici işlər naziri Qazaxın kəndlərinin Azərbaycana qaytarılması ilə bağlı paylaşım edib