×
A
A
A
Sazlamalar

Niderlandlı parlamentarilər Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü barədə məlumatlandırılıb

Bakı, 27 oktyabr, AZƏRTAC 

Oktyabrın 27-də Azərbaycanın Niderland Krallığındakı səfiri Fikrət Axundov Niderland Parlamentinin Nümayəndələr Palatasının üzvləri, “Denk” partiyasından olan deputatlar Tunahan Kuzu, Selçuk Öztürk və Ferid Azarkan ilə görüşüb.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, görüş zamanı F.Axundov niderlandlı parlamentarilərə Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti və Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzü ilə bağlı ətraflı məlumat verib. Səfir Azərbaycanın haqlı mövqeyinin “Denk” partiyası tərəfindən Niderland parlamentində səsləndirilməsinə görə millət vəkillərinə təşəkkür edib.
Görüş zamanı Azərbaycan və Niderland parlamentləri arasında ikitərəfli münasibətlər, iki ölkə arasında siyasi və iqtisadi əlaqələr müzakirə olunub.
Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin çatdırılması məqsədilə səfir F.Axundovun Niderland Parlamentində görüşləri davam etdiriləcək.

Siyasət 2020-10-28 04:22:00