×
A
A
A
Sazlamalar

Gəncədə erməni terrorundan zərər çəkənlərə yardımlar davam edir

Bakı, 27 oktyabr, AZƏRTAC
Sentyabrın 27-də cəbhədə döyüşlərin başladığı vaxtdan minlərlə azərbaycanlı gənc kimi, Yeni Azərbaycan Partiyasının (YAP) Gəncə şəhər təşkilatının fəal gəncləri, könüllüləri arxa cəbhədə Vətən qarşısında borclarını yerinə yetirməyə çalışır, əllərindən gələn köməyi əsirgəmirlər.
YAP-ın Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, düşmənin informasiya təxribatlarının qarşısının alınmasında, hərbçilərimizin, şəhidlərimizin ailələrinin xidmətində durmağı, onlara maddi-mənəvi dəstək verməyi özlərinə borc bilən gənclər Gəncədə erməni terrorundan zərər çəkən vətəndaşlara baş çəkir, onlara dəstək olmağa çalışırlar.
Gəncə Şəhər İcra Hakimiyyətinin, YAP Gəncə şəhər təşkilatının dəstəyi ilə gənclər ermənilərin riyakar xislətindən və təcavüzkar siyasətindən zərər çəkən ailələrə isti geyim və yataq dəstləri, müxtəlif məişət əşyaları çatdırırlar.
Qeyd edək ki, YAP Gəncə şəhər təşkilatının əməkdaşları, fəal gəncləri hadisə baş verən gündən etibarən terror aktından ziyan görmüş mülki vətəndaşların yanında olub, dəstək olmağa səy göstəriblər.

2020-10-27 22:52:00