×
A
A
A
Sazlamalar

Peşə təhsili üzrə “Dərs vaxtı” proqramı cədvələ uyğun təqdim edilib

Bakı, 27 oktyabr, AZƏRTAC
Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “ARB Günəş” kanalında yayımlanan “Dərs vaxtı” proqramı sentyabrın 27-nə olan cədvələ uyğun yayımlanıb.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, proqramda şəxsi inkişaf və karyera planlaşdırılması, hesablama əməliyyatları, ana dilində ünsiyyət, peşə etikası, əməliyyatçı-mühasib, interyer və eksteryerin bədii tərtibatçısı, bərbər-vizajist-manikürçü ixtisasları üzrə dərslər təqdim olunub.
Peşə təhsili üzrə “Dərs vaxtı”nı ekran qarşısında izləyə bilməyənlər dərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyi rəsmi "YouTube" (https://bit.ly/2WYaWU9) kanalı ilə yanaşı "Facebook" (https://bit.ly/34erIjf) səhifəsindən, eyni zamanda Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləyə bilərlər.

Elm və təhsil 2020-10-27 20:53:00