×
A
A
A
Sazlamalar

Gimnastlarımız Avropa çempionatının favoritləri sırasında yer alıblar

Bakı, 27 oktyabr, AZƏRTAC

Kiyevdə keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatının favoritləri açıqlanıb.
AZƏRTAC “Avropa Gimnastikası”nın rəsmi saytına istinadən xəbər verir ki, çoxnövçülük yarışlarında qızıl medallara iddiaçılar arasında Azərbaycan idmançıları da yer alıb.
Arzu Cəlilova və Zöhrə Ağamirovanın qalib olmaq şansları yüksək qiymətləndirilib.
Onlarla yanaşı, Alina Xarnasko və Anastasiya Salos (Belarus), Katrin Tasayeva və Boryana Kaleyn (Bolqarıstan), Nikol Zelikman və Linoy Aşram (İsrail), Aleksandra Agiurcukuleze və Milena Baldassarri (İtaliya), Viktoriya Onopriyenko və Valdu Nikolçenko (Ukrayna) kimi gimnastlar da favoritlər sırasında göstəriliblər.
Qeyd edək ki, Avropa çempionatı noyabrın 26-29-da keçiriləcək. Azərbaycan millisinin yarışda 13 gimnastla təmsil olunacağı gözlənilir.

İdman 2020-10-27 19:23:00