×
A
A
A
Sazlamalar

Masallının Mahmudavar kəndində çay plantasiyası salınacaq

Masallı, 27 oktyabr, Bağır Əliyev, AZƏRTAC

Masallı rayonunun Mahmudavar kəndində 2,5 hektar sahədə çay plantasiyası salınacaq.
Bu barədə Mahmudavar kənd bələdiyyəsinin sədri Əfqan Babayev AZƏRTAC-ın bölgə müxbirinə məlumat verib.
Bildirilib ki, çay şitili əkiləcək sahələr əkinə tam hazır vəziyyətə gətirilib. Lənkəran rayonundan gətirilən şitillər yaxın günlərdə sahələrə köçürüləcək.

Kənd təsərrüfatı 2020-10-27 18:18:00