“Red Bull Racing”: Maks Ferstappenin Ermənistan fonduna ianə etməsi barədə məlumatlar həqiqətə uyğun deyil
Bakı, 27 oktyabr, AZƏRTAC
Ermənilərin tarixən öz xislətlərinə uyğun olaraq yaydıqları daha bir yalanın üstü açılıb. Bir neçə gün əvvəl Ermənistan mətbuatında Formula 1 üzrə dünya çempionatında çıxış edən “Red Bull Racing” komandasının niderlandlı pilotu Maks Ferstappenin guya erməni hərbi qulluqçularının sığorta fonduna ianə etməsi ilə bağlı yazılar dərc olunmuşdu.
AZƏRTAC “RacingNews365” nəşrinə istinadla xəbər verir ki, komanda rəhbərliyi bu məlumatın həqiqəti əks etdirmədiyini açıqlayıb. Klub rəhbərliyinin açıqlamasında M.Ferstappenin bu fondu heç tanımadığı və hər hansı ianə etmədiyini təsdiqləyə biləcəkləri bildirilib.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir