×
A
A
A
Sazlamalar

Kredit qoyuluşu artıb

Bakı, 27 oktyabr, AZƏRTAC

Oktyabrın 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 14 milyard 497 milyon manat təşkil edib.
AZƏRTAC Azərbaycan Mərkəzi Bankına (AMB) istinadla xəbər verir ki, bu göstərici ötən ayla müqayisədə 192,8 milyon manat artıb, ilin əvvəli ilə müqayisədə isə 403,9 milyon manat azalıb.

Maliyyə 2020-10-27 17:21:00