×
A
A
A
Sazlamalar

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 27 oktyabr, AZƏRTAC

Oktyabrın 27-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0104012775 ISIN-li, 30 milyon manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 16 investor tərəfindən qiymət intervalı 91.7850 AZN (8.9995 faiz) və 93.6220 AZN (6.85 faiz) olan 24 sifariş təqdim edilib. Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 93.5785 AZN (6.8999 faiz), orta ölçülmüş qiyməti 93.5806 AZN (6.8975 faiz) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 101 milyon 822 min 100 manat, yerləşdirilmiş həcmi isə 42 milyon 500 min manat təşkil edib. İstiqrazlar gələn il oktyabrın 26-da ödəniləcək. Hərrac iştirakçıları oktyabrın 28-dək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət emitenti qane edəcəyi halda emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Maliyyə 2020-10-27 16:48:00