×
A
A
A
Sazlamalar

Bakı Dövlət Universiteti aliminin məqaləsi nüfuzlu xarici jurnalda dərc olunub

Bakı, 27 oktyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər kafedrasının professoru, siyasi elmlər doktoru Ramiz Sevdimalıyevin rus dilində yazdığı “İşğal edilmiş ərazilərin azad edilməsi üçün Azərbaycanın özünümüdafiə hüququ məsələsinə dair” adlı elmi məqaləsi Ukraynanın Mixail Draqomanov adına Milli Pedaqoji Universitetinin və Ukrayna Elmlər Akademiyasının “Gileya: elmi xəbərlər” jurnalının “Siyasi elmlər” seriyasında dərc olunub.
BDU-dan AZƏRTAC-a bildirilib ki, məqalədə Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatların, xüsusilə AŞPA və BMT Təhlükəsizlik Şurasının qətnamələri, habelə analitik beynəlxalq təşkilatların hesabatları, həmçinin Avropa İnsan Hüquqları Məhkəməsinin “Çıraqov və başqaları Ermənistana qarşı” və “Muradyan Ermənistana qarşı” işləri ilə bağlı qərarları təhlil edilir. Qeyd olunur ki, Avropa Məhkəməsinin qərarlarında Azərbaycan ərazisinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı faktı təsdiqlənib və işğal olunmuş ərazilərdə baş verənlərə görə Ermənistan məsuliyyət daşıyır. Araşdırmada özünümüdafiə hüququnun beynəlxalq-hüquqi təbiəti nəzərdən keçirilib.

Elm və təhsil 2020-10-27 16:49:00