×
A
A
A
Sazlamalar

“Qarabağ – mədəniyyətimizin beşiyi”: Ağoğlan məbədi

Bakı, 27 oktyabr, AZƏRTAC
Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə dağıdılan, talan edilən mədəniyyət ocaqları, abidələr, tarixi-memarlıq nümunəsi olan tikililər, Azərbaycan xalqının Qarabağda saxtalaşdırmaya və mənimsənilməyə məruz qalan zəngin mədəni irsi ilə bağlı həqiqətlərin beynəlxalq səviyyədə ictimailəşdirilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən “Qarabağ – mədəniyyətimizin beşiyi” adlı layihə davam edir.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində növbəti material Ağoğlan qalasına həsr edilib.
Ağoğlan məbədi V-VI əsrlərə aid alban monastırıdır.
Laçın rayonu 1992-ci ildə Ermənistan tərəfindən işğal olunduqdan sonra "Cicernavank" adlandırılan abidənin memarlıq quruluşunda və interyerində də dəyişikliklər edilib.
Qeyd edək ki, layihə çərçivəsində mədəni irsimizə qarşı vandalizm aktları, əzəli yurd yerlərimizdəki abidələr, tarixi həqiqətlərin yerli və dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün hazırlanan məlumatların müxtəlif dillərdə qlobal internet məkanında, o cümlədən sosial şəbəkələrdə yayılması nəzərdə tutulur.

Mədəniyyət 2020-10-27 16:16:00