×
A
A
A
Sazlamalar

Neft Fondu inkişaf etmiş ölkələrə investisiyalarını azaldaraq beynəlxalq maliyyə təşkilatlarına yönəldir

Bakı, 27 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) inkişaf etmiş ölkələrə investisiyalarını azaldaraq beynəlxalq maliyyə təşkilatlarına yönəldir.
AZƏRTAC Neft Fondunun 2020-ci ilin 9 ayı üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatına istinadla xəbər verir ki, bu il sentyabrın 30-na fondun investisiya portfelinin ölkələrin inkişaf səviyyəsinə görə bölgüsündə 61,55 faizi inkişaf etmiş ölkələr, 6,3 faizi beynəlxalq maliyyə təşkilatları təşkil edib.
İlin əvvəlində isə ARDNF-in investisiya portfelinin ölkələrin inkişaf səviyyəsinə görə bölgüsündə 63,23 faizi inkişaf etmiş ölkələr, 4,73 faizi beynəlxalq maliyyə təşkilatları təşkil edirdi.

 

Neft - qaz 2020-10-27 16:11:00