×
A
A
A
Sazlamalar

Əhalinin banklardakı əmanətləri azalıb

Bakı, 27 oktyabr, AZƏRTAC

Oktyabrın 1-nə əhalinin banklardakı əmanətləri 7 milyard 834,2 milyon manat təşkil edib.
AZƏRTAC Azərbaycan Mərkəzi Bankına (AMB) istinadla xəbər verir ki, əhalinin banklardakı əmanətləri son bir ayda 40,2 milyon manat, ilin əvvəli ilə müqayisədə 803,7 milyon azalıb.

 

Maliyyə 2020-10-27 15:55:00