×
A
A
A
Sazlamalar

Mis filizləri və konsentratlarının istehsalı artıb

Bakı, 27 oktyabr, AZƏRTAC 

Yanvar-sentyabr aylarında mədənçıxarma sənayesində istehsal olunmuş əsas məhsul növlərinin 1945,7 tonu mis filizləri və konsentratlarının payına düşüb.
AZƏRTAC Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən xəbər verir ki, bu göstərici əvvəlki ilin müvafiq dövrünə nisbətən 31,2 faiz artıb.
Oktyabrın 1-nə hazır məhsul ehtiyatı 350,5 ton təşkil edib.

İqtisadiyyat 2020-10-27 14:29:00