×
A
A
A
Sazlamalar

Məişət kondisionerlərinin idxalı azalıb

Bakı, 27 oktyabr, AZƏRTAC 

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-sentyabr aylarında mühüm məhsul növlərindən məişət kondisionerlərinin idxalı 30,9 faiz, paltaryuyan maşınlar 11,1 faiz, mebellər 23,6 faiz azalıb.
AZƏRTAC Dövlət Statistika Komitəsinin məlumatlarına istinadla xəbər verir ki, 9 ay ərzində hesablama maşınları, blok və qurğularının idxalında 14,8 faiz, məişət soyuducularında isə 3,1 faiz artım müşahidə olunub.
Qeyd edək ki, 3 rübdə idxal olunan maşınların, mexanizmlərin, elektrotexniki avadanlıq və aparatların, azqiymətli metallar və onlardan hazırlanan məmulatların, kimya sənayesi məhsullarının, nəqliyyat vasitələrinin, hazır ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, bitki mənşəli məhsulların, plastik kütlə və ondan hazırlanan məmulatların, toxuculuq materialları və məmulatlarının dəyəri üstünlük təşkil edib.

İqtisadiyyat 2020-10-27 12:45:00