×
A
A
A
Sazlamalar

Xidmət sahəsində işləyənlərin 1,7 faizi informasiya və rabitə sektorunda çalışıb

Bakı, 27 oktyabr, AZƏRTAC 

Oktyabrın 1-nə olan ilkin məlumatlara əsasən, ölkədə iqtisadi fəal əhalinin sayı 5 milyon 249,1 min nəfər olub, onlardan 4 milyon 884,9 min nəfərini məşğul əhali təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 9 ayda xidmət sahəsində işləyənlərin 1,7 faizi informasiya və rabitə sektorunda fəaliyyət göstərib.

İKT 2020-10-27 12:16:00