×
A
A
A
Sazlamalar

Türkiyənin İzmir şəhərində keçirilən sərgidə “Qarabağ xalçası” əsəri nümayiş olunur

İstanbul, 27 oktyabr, AZƏRTAC

Türkiyənin İzmir şəhərində keçirilən sərgidə azərbaycanlı rəssam-heykəltəraş Gülnarə Pamuk Muxtarovanın “Qarabağ xalçası” əsəri nümayiş olunur.
Bu barədə AZƏRTAC-a məlumat verən rəssam deyib: “İzmirin Torbalı Mədəniyyət Mərkəzində baş tutan sərgiyə dəvət aldım. Müxtəlif janrlarda Türkiyənin tanınan 120 rəssamının qatıldığı sərgidə mənim bir əsərim sərgilənir. Bu əsərimi təqdim etməkdə əsas məqsəd son zamanlar Qarabağda baş verən hadisələrə diqqət çəkməkdir. Bildiyiniz kimi, İzmirdə çox sayda erməni yaşayır. Digər ziyarətçilər kimi, onlar da sərgiyə baxmağa gəlirlər. Mən digərləri kimi onların da Qarabağa aid əsərin məhz azərbaycanlı qızının gözündən görməsini istədim. Bu, mənim üçün çox vacibdir. Yağlı boya ilə çəkilən bu əsərdə Azərbaycan qadınının övlad sevgisi həkk olunub. Rəsmin mövzusu Azərbaycanın milli geyimindəki bir ananın övladı ilə birgə xatirə rəsmi çəkdirməsidir”.

Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Mədəniyyət 2020-10-27 12:13:00