×
A
A
A
Sazlamalar

Ötən ay dəniz limanlarında 673,7 min ton yükləmə-boşaltma işləri həyata keçirilib

Bakı, 27 oktyabr, AZƏRTAC

Sentyabrda dəniz limanlarında 673,7 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib.
Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yüklərin 633,4 min tonunu tranzit yükləri təşkil edib.
Keçən ay dəniz nəqliyyatı ilə daşınmış sərnişinlərin sayı 2500 olub.

Nəqliyyat 2020-10-27 12:03:00