Nizami Kino Mərkəzi ermənipərəst Mel Qibsonun iştirakı ilə çəkilən filmlərdən imtina edib
Bakı, 27 oktyabr, AZƏRTAC
Oktyabrın 26-da amerikalı aktyor və rejissor Mel Qibsonun Dağlıq Qarabağ ərazisindəki separatçı rejimə verdiyi dəstək paylaşımı Nizami Kino Mərkəzinin haqlı etirazına səbəb olub.
Nizami Kino Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, onun bu paylaşımı Azərbaycanın tarixi, bu günü və sabahı haqqında heç bir məlumatının olmadığından xəbər verir və mərkəz tərəfindən işğala, terrorçuluğa dəstək kimi qəbul edilir.
“Bundan sonra etiraz olaraq Nizami Kino Mərkəzi onun iştirakı ilə çəkilən filmlərin nümayişindən imtina edir”, - deyə mərkəzdən bildirilib.
Ölkəmiz ABŞ-da Oyun Tərtibatçıları Konfransında təmsil olunub
Cabbar Qaryağdıoğluna həsr olunmuş “Xalqın mədəni sərvəti” layihəsi davam edir
“Anev-2024 Türk dünyasının mədəniyyət paytaxtı” ilinin açılış mərasimi keçirilib
Premyerası Bakıda keçirilmiş “Kalina krasnaya” filmi 50 yaşını qeyd edir