×
A
A
A
Sazlamalar

Şamaxıda zəlzələ olub

Bakı, 26 oktyabr, AZƏRTAC
Oktyabrın 26-da Pirqulu seysmoloji stansiyasından 14 kilometr cənubda - Şamaxı rayonunda maqnitudası 3.1 olan zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 17:50-də qeydə alınıb.
Ocağı 42 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.

Ekologiya 2020-10-26 18:53:00