×
A
A
A
Sazlamalar

Müdafiə Nazirliyi: Düşmənin kvadrokopteri məhv edilib

Bakı, 26 oktyabr, AZƏRTAC

Azərbaycan Ordusuna məxsus zərbə pilotsuz uçuş aparatının (PUA) cəbhə xəttində guya məhv edilməsi barədə Ermənistanın yaydığı məlumatın heç bir əsası yoxdur və yalandır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tam əksinə, bu gün günorta saatlarında Ermənistan-Azərbaycan dövlət sərhədinin Daşkəsən rayonu sahəsində bölmələrimizin mövqeləri üzərində uçuş keçirməyə cəhd göstərən düşmən kvadrokopteri atıcı silahlardan açılan atəşlə məhv edilib.

Ordu 2020-10-26 18:01:00