×
A
A
A
Sazlamalar

“Dünyanın axırı”nı gözləmək üçün yeraltı bunker

Bakı, 26 oktyabr, AZƏRTAC
Yeraltı bunker – “Plan B” varlı müştərilər üçün həm sığınacaq, həm də rahat istirahət yerinə çevriləcək.
AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, “Sergey Makhno Architects” dizayner bürosunun mütəxəssislərinin qənaətinə görə, dəmir-betondan düzəldilən və 2280 kvadratmetr olan bunker əsasən yaşayış yerlərindən kənarda yerləşə bilər. Bunkerin yuxarısında isə helikopter meydançası quraşdırılıb.
Layihəyə əsasən, yeraltı bunkerdə bir neçə ailə komfort şəraitdə “dünyanın axırı”nı gözləyə bilər. Belə ki, burada yataq və mətbəx otaqları, kitabxana, kinoteatr, məşq zalları, hovuz, generator, suyun təmizlənməsi və kanalizasiya sistemləri, içməli su təchizatı nəzərdə tutulub. Ərzaq isə üstüörtülü istixanalarda yetişdiriləcək.

 

Bu maraqlıdır 2020-10-26 18:14:00