×
A
A
A
Sazlamalar

Ermənistan atəşkəs rejimini pozmaqda davam edir: Tovuz və Daşkəsən rayonlarının əraziləri atəşə tutulur

Bakı, 26 oktyabr, AZƏRTAC
Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini pozmaqda davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hazırda Ermənistanın Berd və Vardenis rayonları ərazisindən Azərbaycanın Tovuz və Daşkəsən rayonlarının əraziləri düşmən tərəfindən atəşə tutulur.
Eyni zamanda, Füzuli və Ağdam istiqamətlərindəki yaşayış məntəqələrimiz, habelə Azərbaycan Ordusu bölmələrinin mövqeləri də düşmən tərəfindən atəşə məruz qalır.

Ordu 2020-10-26 12:07:00