×
A
A
A
Sazlamalar

Fəal oxucular cəbhəyə dəstək aksiyası keçiriblər

Bakı, 26 oktyabr, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin fəal oxucuları cəbhəyə dəstək aksiyası keçiriblər.
İdarədən AZƏRTAC-a bildirilib ki, kitabxana ordumuzun 27 sentyabrdan başlayan uğurlu əks-hücumu və torpaqlarımızı düşmən tapdağından azad etməsindən ruhlanaraq, internet üzərindən həyata keçirdiyi vətənpərvərlik mövzusunda tədbirləri xüsusilə genişləndirib. Bu müddət ərzində kitabxana oxucu və izləyicilərə müharibə mövzusunda yazılmış bir sıra əsərlərin virtual təqdimatı keçirilib, arxa cəbhədə bu yolla əsgərlərimizə dəstək olmağa çalışır.
Kitabxananın səsinə səs verən fəal oxucularımız – Binə qəsəbəsi 149 nömrəli tam orta məktəbin şagirdləri cəbhəyə dəstək olmaq məqsədilə əsgərlərə məktub yazaraq onların döyüş əzmini artırmağa çalışıblar.
Allah Azərbaycan əsgərini qorusun!
Qarabağ Azərbaycandır!

Mədəniyyət 2020-10-26 10:41:00