×
A
A
A
Sazlamalar

Göygöl ərazisində zəlzələ qeydə alınıb

Bakı, 25 oktyabr, AZƏRTAC

Oktyabrın 25-də yerli vaxtla saat 19:38-də Gəncə stansiyasından 22 km cənubda Göygöl ərazisində zəlzələ qeydə alınıb.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, zəlzələ episentrdə 4, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.
Zəlzələnin ocağı 12 kilometr dərinlikdə yerləşib.

 

Ekologiya 2020-10-25 21:30:00