×
A
A
A
Sazlamalar

Beynəlxalq Jurnalistlər Şurası jurnalistin hədələnməsinə görə Fransaya etiraz edib

Bakı, 25 oktyabr, AZƏRTAC

İki gün əvvəl Fransanın TF1 telekanalının əməkdaşı Liseron Budul Azərbaycanın Qarabağ bölgəsindəki cəbhə xəttindən hazırladığı reportaja görə Fransadakı ermənilər tərəfindən ölümlə hədələnib.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Jurnalistlər Şurasının Xarici əlaqələr üzrə sədri Elşad Eyvazlı bununla bağlı etiraz bəyanatında jurnalist Liseron Budulun şiddətə məruz qalmasını, hətta həmkarının reportajının saytdan çıxarılmasını qınadığını bildirib.
Təşkilat adından yaydığı bəyanatda Elşad Eyvazlı özünü dünyanın demokratiya mərkəzi hesab edən Fransa hökumətindən bu məsələ ilə bağlı təcili tədbirlər görülməsini, beynəlxalq hüquqları ayaq altına atan, jurnalisti ölümlə hədələyən Fransa vətəndaşlarının qanun qarşısına cavab vermələrini tələb edib. Əks halda, Fransanın adı jurnalistlərin peşə fəaliyyətinin məhdudlaşdırıldığı, söz azadlığının boğulduğu ölkələr sırasına düşəcək.
“Bir daha jurnalist həmkarımızla bağlı baş vermiş xoşagəlməz faktdan dərin təəssüf hissi keçirir, təhdidi kəskin şəkildə pisləyir, Fransa hökumətindən təcili addımlar atılmasını istəyirik”, - deyə bəyanatda bildirilib.

Cəmiyyət 2020-10-25 20:33:00