×
A
A
A
Sazlamalar

Gəncədə erməni terroru nəticəsində həlak olan Rusiya vətəndaşı anılıb VİDEO

Gəncə, 25 oktyabr, M.Əlioğlu, foto T.Babayev, AZƏRTAC

Ermənistan ordusunun Gəncədə əhalinin sıx yaşadığı məntəqələri raket atəşinə tutması nəticəsində ağır yaralanmış və müalicə olunduğu xəstəxanada ötən gün vəfat edən Rusiya Federasiyası vətəndaşı 2007-ci il təvəllüdlü Mayakov Artur Vladimiroviçin xatirəsi oktyabrın 25-də anılıb.
AZƏRTAC-ın bölgəyə ezam olunmuş müxbiri xəbər verir ki, Gəncədəki Aleksandr Nevski rus pravoslav kilsəsində keçirilən mərasimdə şəhər rəhbərliyi, rus icmasının nümayəndələri, şəhər sakinləri iştirak ediblər.
Mərasimdə dualar oxunub, ermənilərin törətdikləri qanlı terror aktları qınanılıb.
Qeyd edək ki, Artur Mayakov oktyabrın 17-də Ermənistan ordusu tərəfindən Gəncənin yaşayış məntəqələrinə “SCUD” raketi atılması nəticəsində ağır yaralanmışdı. O, stasionar qaydada müalicə olunduğu xəstəxanada həkimlərin səylərinə baxmayaraq ötən gün vəfat edib.

2020-10-25 14:33:00

Video