Yevlax şəhərində Həsən bəy Zərdabi küçəsi təmir olunur
Yevlax, 25 oktyabr, AZƏRTAC
Yevlax şəhərində aparılan quruculuq və abadlıq işləri çərçivəsində Həsən bəy Zərdabi küçəsi təmir olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, küçədə piyadaların sərbəst və təhlükəsiz hərəkəti üçün yeni səkilər yaradılıb, yolda bərpa işləri aparılaraq 2000 kvadratmetrdən artıq asfalt örtüyü salınıb.
Aparılan abadlıq-quruculuq işləri əhalinin razılığı ilə qarşılanır. Ölkəmiz üçün çətin olan bu günlərdə belə işlərin həyata keçirilməsinə görə şəhər sakinləri dövlətimizin başçısına minnətdarlıqlarını bildirirlər.
Yevlax şəhərinin digər küçələrində abadlıq və əsaslı təmir işləri mərhələli şəkildə aparılacaq.
Otuza yaxın şəhid övladı Ağbulaq İstirahət Mərkəzində istirahət edib
Qızılhacılı kəndinin sakinləri doğma yurdlarının qaytarılmasının sevincini yaşayırlar
Şəkidə “Şahin” hərbi-idman oyununun zona birinciliyinin qalibi müəyyənləşib
Naxçıvanda 1969-1987-ci illərdə 21 iri sənaye müəssisəsi istifadəyə verilib
Baş Prokurorluq tərəfindən Astara rayonunda təmizlik aksiyası təşkil olunub