“UFC 242”: Həbib Nurməhəmmədovun 29-cu döyüşü və 29-cu qələbəsi
Bakı, 25 oktyabr, Nicat Məmmədov, AZƏRTAC
Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə çempionu rusiyalı Həbib Nurməhəmmədov ilə amerikalı döyüşçü Castin Getji arasında döyüş keçirilib.
AZƏRTAC xəbər verir ki, Əbu-Dabidə baş tutan görüş H.Nurməhəmmədovun qələbəsi ilə başa çatıb.
Peşəkar arenada indiyədək məğlub olmayan Həbib Nurməhəmmədov bu görüşdə dünya çempionu kəmərini müdafiə edib. O, ikinci raundda rəqibini boğucu fəndə salaraq məğlub edib və yüngül çəkidə öz UFC çempionu titulunu qoruyub.
Döyüşdən sonra tanınmış idmançı karyerasının sonuncu görüşünü keçirdiyini vurğulayıb.
Qeyd edək ki, 2018-ci ilin aprelində rusiyalı idmançı amerikalı El Yakvinta ilə döyüşdə çempion kəmərini qazanıb və o vaxtdan bəri kəməri özündə saxlayır. 2018-ci ilin oktyabr ayında Həbib Nurməhəmmədov irlandiyalı Konor Makqreqora qalib gələrək çempion adını uğurla saxlayıb.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir