×
A
A
A
Sazlamalar

Qarabağ həqiqətləri Gürcüstan mətbuatında

Tbilisi, 25 oktyabr, AZƏRTAC
Azərbaycan rəsmilərinin Qarabağda gedən əməliyyatlar, ermənilərin məğlubiyyəti və dinc əhalini atəşə tutması barədə məlumatları Gürcüstan mətbuatının diqqət mərkəzindədir.
AZƏRTAC xəbər verir ki, report.ge, aktual.ge, pia.ge, 24news.ge, 1tv.ge, dalğatv.ge və s. informasiya portalları Azərbaycan həqiqətlərini Azərbaycan, rus, gürcü və ingilis dillərində oxuculara təqdim edirlər.
Mətbuat Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevə, Xarici İşlər naziri Ceyhun Bayramova, Müdafiə Nazirliyi və Baş Prokurorluğa istinadla Ermənistan ərazisindən Azərbaycanın Gəncə, Goranboy, Füzuli, Zəngilan Qubadlı, Bərdə və digər şəhərlərinin atəşə tutulması, mülki əhali arasında itkilərin, xüsusilə də uşaqların və qadınların amansızlıqla qətlə yetirilməsi, yaşayış evlərinə, ictimai, dövlət və obyektlərə ciddi ziyan dəyməsi barədə məlumatlar çatdırır.
Bundan başqa, Ceyhun Bayramovun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü, erməni silahlı birləşmələrinin böyük itki vermələri, qəhrəman Azərbaycan əsgərinin onlarla erməni terrorçusunu əsir götürməsi, erməni silahlı birləşmələrinə məxsus hərbi texnika, silah və sursatın məhv edilməsi barədə də çoxlu məlumatlar yayılıb.
Bu gün, ümumilikdə, Azərbaycan Ordusunun uğurları və Qarabağ həqiqətləri barədə Gürcüstan ictimaiyyətinə 15-dən çox material təqdim edilib.
Materialların bir çoxu oxuculara foto və video formatda təqdim olunur.


Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Cəmiyyət 2020-10-25 00:50:00