×
A
A
A
Sazlamalar

İran “Bəvar-373” hava hücumundan müdafiə sistemini sınaqdan keçirib

Tehran, 24 oktyabr, AZƏRTAC

İranın “Bəvar-373” hava hücumundan müdafiə sisteminin ilk sınağı uğurlu olub.
AZƏRTAC “Tasnim” xəbər agentliyinə istinadla xəbər verir ki, bu sistem İranın Hərbi Hava Qüvvələrinin “Vilayət səmasının müdafiəçiləri 99” adlı hərbi təlimlərində istifadə edilib. “Bəvar-373” hava hücumundan müdafiə sistemi müşahidə apara bildiyi 100 hədəfdən 60-nı vurmaq imkanına malikdir ki, bu da uğurlu nəticədir. Bu sistem müxtəlif məsafələrdəki və hündürlükdəki hədəfləri vurmaq üçün nəzərdə tutulub.
“Bəvar 373” tamamilə İran istehsalıdır.
İran Hərbi Hava Qüvvələrinin oktyabrın 21-də başlayan “Vilayət səmasının müdafiəçiləri 99” hərbi təlimləri davam edir.

Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

Dünya 2020-10-24 18:17:00