×
A
A
A
Sazlamalar

Azərbaycanın və Ermənistanın iqtisadi inkişaf göstəricilərinin müqayisəsinə həsr olunan elmi seminar başa çatıb

Bakı, 24 oktyabr, AZƏRTAC 

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Azərbaycan və Ermənistanın iqtisadi inkişaf göstəricilərinin müqayisəli təhlilinə həsr olunan elmi seminar başa çatıb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, oktyabrın 16-dan başlanan seminarda hər iki ölkənin makroiqtisadi, eləcə də enerji, nəqliyyat, səhiyyə, elm, təhsil, İKT, kənd təsərrüfatı, turizm və digər sahələrdəki inkişaf göstəriciləri müqayisəli təhlil edilib. Həmçinin Azərbaycan və Ermənistanın iqtisadi inkişafının beynəlxalq reytinqlərdəki mövqeyi müzakirə olunub.

 

Elm və təhsil 2020-10-24 17:27:00