×
A
A
A
Sazlamalar

Artilleriya bölmələrimizin hərbçilərinin döyüş əzmi və vətənpərvərlik ruhu yüksəkdir VİDEO

Bakı, 24 oktyabr, AZƏRTAC

Azərbaycan Ordusunun artilleriya bölmələrinin cəsur hərbçiləri düşmənə sarsıdıcı zərbələr vuraraq, torpaqlarımızın işğaldan azad edilməsində misilsiz fədakarlıqlar göstərirlər. Artilleriya bölmələrimizin bu uğurlarının əsasında vətənpərvərlik ruhunun və döyüş əzminin sarsılmaz olması ilə yanaşı, hərbçilərimizin yüksək peşəkarlığı dayanır.
AZƏRTAC-ın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla təqdim etdiyi növbəti videoda Azərbaycan Ordusunun artilleriya bölmələrindən birinin zabiti düşmənin artilleriya bölmələrini, döyüş texnikalarını və canlı qüvvəsinin məhv edildiyini, şəxsi heyətin qələbə əzminin yüksək olduğunu diqqətə çatdırıb. Hərbçilərimiz Müzəffər Ali Baş Komandanımızın dediyi kimi, üçrəngli bayrağımızı Şuşada dalğalandırılacağına sonsuz inam və əminlik nümayiş etdiriblər.

Ordu 2020-10-24 15:36:00

Video