Tərtərin Kəbirli kəndinə atılan raket 16 yaşlı gəncin ölümünə səbəb oldu - erməni faşizmi davam edir FOTO VİDEO
Tərtər, 24 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, dinc əhaliyə qarşı terror əməllərini davam etdirir. Oktyabrın 24-də səhər saatlarında erməni hərbçiləri tərəfindən Tərtər rayonunun Kəbirli kəndinə raket atılması nəticəsində bağda xurma dərən 2004-cü il təvəllüdlü İsmayılzadə Orxan Rəhbər oğlu həlak olub.
AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri Kəbirli kəndində raketin düşdüyü yerə gedərək kənd sakinləri ilə həmsöhbət olub.
Kənd sakini Nurlan Baratzadə hadisə barədə danışarkən deyib: “Raket atılan vaxt səsə evdən çıxdım. Uşaqların ağlamaq səsini eşitdim. Kömək istəyirdilər. Qaçaraq bağa gəldim. Gördüm iki uşaq Orxanın yanında durub. Orxan da üzü üstə yerə uzanmış halda idi, tərpənmirdi...”
Ermənilərin məqsədinin dinc azərbaycanlı əhalini qorxutmaq olduğunu söyləyən kənd sakini Xasay Məmmədov deyib: “Mənfur düşmən istəyir ki, dinc əhalini atəşə tutub təxribat yaratsın, camaatı qorxutsun. Amma bizim güclü ordumuz var, əsgərlərimizə güvənirik. Düşmən elə bilir ki, yenə də 1990-cı illərdi. O zaman bizim belə ordumuz yox idi. İndi isə qüdrətli dövlətimiz, güclü ordumuz var. İşğalda olan torpaqlarımız azad edilir. İnşallah qələbə bizim olacaq".
Otuza yaxın şəhid övladı Ağbulaq İstirahət Mərkəzində istirahət edib
Qızılhacılı kəndinin sakinləri doğma yurdlarının qaytarılmasının sevincini yaşayırlar
Şəkidə “Şahin” hərbi-idman oyununun zona birinciliyinin qalibi müəyyənləşib
Naxçıvanda 1969-1987-ci illərdə 21 iri sənaye müəssisəsi istifadəyə verilib
Baş Prokurorluq tərəfindən Astara rayonunda təmizlik aksiyası təşkil olunub