×
A
A
A
Sazlamalar

Evdən pul, televizor və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxslər yaxalanıblar

Bakı, 24 oktyabr, AZƏRTAC

Xəzər və Nəsimi rayonlarında oğurluqla məşğul olan şəxslər yaxalanıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Xəzər rayonu ərazindəki evlərin birindən 750 manat, 2 min ABŞ dolları məbləğində pul, 6600 manat dəyərində iki televizor və 20 min manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri C.Əliyev və A.Əliyev rayon polis idarəsinin 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Bakı şəhər sakini K.Abdulovanın çantasından 1000 manat məbləğində pul oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş E.Şükürov Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində tutulub.
Faktlarla bağlı təhqiqat davam etdirilir.

Hadisə 2020-10-24 14:30:00