×
A
A
A
Sazlamalar

Qaxın qarğıdalı sahələrində orta məhsuldarlıq 85 sentner təşkil edir

Qax, 24 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Qax rayonunun təsərrüfatlarında qarğıdalı yığımı davam edir. İndiyədək 1187 hektar sahənin məhsulu yığılıb, 10 min 86 ton dən qarğıdalı istehsal olunub. Hələlik hər hektardan orta məhsuldarlıq 85 sentner təşkil edir. Cari mövsümdə rayonda dən qarğıdalı istehsalının 13 min tona çatacağı gözlənilir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Eyvaz Aslanov məlumat verib.
Bildirilib ki, qaxlı fermerlər bu il 1867 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər. Qarğıdalı bitkisinin əkin sahəsi ötən illə müqayisədə 147 hektar artırılıb.
Qurum rəsmisinin sözlərinə görə, rayonda gələn ilin məhsulu üçün payızlıq dən bitkilərinin səpini də mütəşəkkil qaydada davam etdirilir. Torpaq mülkiyyətçiləri indiyədək 1300 hektara arpa, 750 hektara buğda toxumu səpiblər. Cari mövsümdə rayonda 13 min hektar sahədə payızlıq dənlilərin səpini proqnozlaşdırılır.

 

Kənd təsərrüfatı 2020-10-24 14:10:00