×
A
A
A
Sazlamalar

Qırğızıstanda koronavirusa yoluxanların sayı 55 mini keçib

Bişkek, 24 oktyabr, АZƏRTAC

Son sutkada Qırğızıstanda COVID-19-a 583 nəfər yoluxub, pandemiya dövründə yoluxanların ümumi sayı 55 min 144 nəfərə çatıb.
AZƏRTAC Qırğızıstanın Koronavirusla bağlı Respublika Qərargahına istinadla xəbər verir ki, son gündə 287, infeksiya başlanandan 47 min 337 nəfər sağalaraq evə buraxılıb.
Son 24 saatda 4, ümumiyyətlə isə 130 pasiyent həyatını itirib.
Son gündə 3, COVID-19 yayılandan indiyə kimi 3 min 569 tibb işçisində koronavirus aşkar olunub, onlardan 3 min 251-i sağalıb.
Bildirilir ki, müalicə müəssisələrində 3 min 300, ambulator şəraitində 2 min 871 xəstə müalicə olunur.

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek

Dünya 2020-10-24 13:54:00