×
A
A
A
Sazlamalar

Azərbaycan əsgərinə həsr edilən mahnı Türkiyədə təqdim olunub

İstanbul, 24 oktyabr, AZƏRTAC

Türkiyənin tanınmış müğənni-bəstəkarı Sinan Akçıl Azərbaycan Ordusuna mahnı bəstələyib.
AZƏRTAC xəbər verir ki, sənətçi bu barədə rəsmi “Instagram” hesabında bildirib.
“Daima yaşa Azərbaycan” adlı mahnının sözləri və musiqisi Sinan Akçıla aiddir.
Bu barədə danışan bəstəkar deyib: “Bu mahnı cəbhədəki Azərbaycan əsgərlərinə həsr olunub. “Qarabağ Azərbaycandır” deyən hər kəsi mahnıya qulaq asmağa və fikrini bildirməyə çağırıram, gəlin gücümüzü göstərək. Bütün dünya səsimizi eşitsin. Allah izin versə, bu mahnını yaxın zamanda Qarabağda ifa edəcəm”.
Azərbaycanlı müğənni Səidə Quliyeva ilə duet şəklində ifa edilən mahnıya hazırlanmış klip sosial mediada təqdim edilib.

Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Mədəniyyət 2020-10-24 13:44:00